Yuxarı

​GP2 seriyasının qalibləri müəyyənləşib

​GP2 seriyasının qalibləri müəyyənləşib
Prema Racing komandasının pilotu finiş xəttinə hamıdan tez çatıb

Bakı. 19 iyun. REPORT.AZ/ Bakıda keçirilən GP2 seriyasının son yarışının mükafatçıları müəyyənləşib.

"Report"un məlumatına görə, "Prema Racing" komandasının pilotu Antonio Covinatsi finiş xəttinə hamıdan tez çatıb.

"Prema Racing"in üzvü Pyer Qasli ikinci, ART komandasının pilotu Sergey Sirotkin isə üçüncü pillədə qərarlaşıb.

Qalibləri Bakı Şəhər Halqasının icraçı direktoru Arif Rəhimov və digər qonaqlar mükafatlandırıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi