Yuxarı

Gənclərdən ibarət sərbəst güləş yığmamız təlim-məşq toplanışını davam etdirir

​Gənclərdən ibarət sərbəst güləş yığmamız təlim-məşq toplanışını davam

Gənclərdən ibarət sərbəst güləş yığmamız Olimpiya Güləş Mərkəzində təlim-məşq toplanışını davam etdirir.

"Report" xəbər verir ki, millimiz iyulun 3-dən Bakıda olan ABŞ-ın müvafiq komandasıyla birgə hazırlıq keçir. Bu gün tərəflərin razılığına əsasən təlim-məşq bazasında komandalar arasında yoldaşlıq görüşü keçirilib. Azərbaycan Güləş Federasiyasının (AGF) rəhbər şəxslərinin canlı izlədiyi, beynəlxalq dərəcəli hakimlərimizin idarə etdiyi qarşılaşmalar kifayət qədər maraqlı mübarizə şəraitində keçib. Yekunda yığmamız 12:2 hesablı qələbəyə sevinib.

Qonaq komandanın baş məşqçisi, olimpiya çempionu Con Peterson daha sonra AGF-nin rəsmi saytına açıqlama verib:

"Bir neçə gündür ki, Bakıda yığmanızla birgə toplanış keçirik. Bizim güləşçilər burada pəhləvanlarınızdan çox şey öyrənir. Bu baxımdan təlim-məşq toplanışından çox razıyam. Bu, Bakıya ilk səfərim deyil. Hələ SSRİ dönəmində Azərbaycanda olmuşdum. 2007-ci ildə Bakıda keçirilən dünya çempionatı zamanı da ölkənizə səfər etmişdim. Onu deyə bilərəm ki, insanlarınız əvvəl necə qonaqpərvər idisə, indi də elədir".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi