Azərbaycan futzal millisinin dünya çempionatının seçmə mərhələ oyunları üçün heyəti açıqlanıb

Azərbaycan futzal millisinin dünya çempionatının seçmə mərhələ oyunları üçün heyəti açıqlanıb Heyətə 14 futbolçu cəlb olunub
Komanda
7 Dekabr , 2015 15:03
Azərbaycan futzal millisinin dünya çempionatının seçmə mərhələ oyunları üçün heyəti açıqlanıb

Bakı. 7 dekabr. REPORT.AZ/ Futzal üzrə Azərbaycan milli komandasının dünya çempionatının seçmə mərhələsi üçün heyəti açıqlanıb. "Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, heyətə 14 futbolçu cəlb olunub.

Onlar Rövşən Hüseynli, Elnur Zamanov, Rizvan Fərzəliyev, Vitali Borisov, Rafael Durval, Auqusto Sezar, Amadeu Fernandes, Ramiz Çovdarov, Samir Həmzəyev, Zeynal Zeynalov, Fineo de Araujo, Andre Junior de Kampos, Eduardo Mello Borges və Sergey Çuykovdur. Perez Moreno Qomes Faustinonun baş məşqçisi olduğu milli komanda seçmə mərhələ oyunlarını 10, 11 və 13 dekabrda keçirəcək.

10 dekabr

20:00. Azərbaycan – İsveç

11 dekabr

20:30. Belarus – Azərbaycan

13 dekabr

22:30. Azərbaycan – Xorvatiya

Qeyd edək ki, bütün oyunlar Xorvatiyanın Osiyek şəhərindəki Dvorana Qradski VRT idman kompleksində keçiriləcək.

Son xəbərlər

Orphus sistemi