Futzal üzrə dünya çempionatının finalında Rusiya yığmasının rəqibi müəyyənləşib

Futzal üzrə dünya çempionatının finalında Rusiya yığmasının rəqibi müəyyənləşib 3-cü yer uğrunda görüşdə Portuqaliya ilə İran milliləri üz-üzə gələcək
Komanda
29 Sentyabr , 2016 09:52
Futzal üzrə dünya çempionatının finalında Rusiya yığmasının rəqibi müəyyənləşib

Bakı. 29 sentyabr. REPORT.AZ/ Kolumbiyada keçirilən futzal üzrə dünya çempionatının daha bir finalçısı müəyyənləşib. "Report"un məlumatına görə, bu, yarımfinalda Portuqaliyaya 5:2 hesabı ilə qalib gələn Argentina millisidir.

Həlledici görüşdə cənubi amerikalıların rəqibi Rusiya olacaq. Görüş oktyabrın 1-də Bakı vaxtı ilə saat 23:30-da başlanacaq.

Qeyd edək ki, Portuqaliya 1/4 finalda Azərbaycan yığmasını, Rusiya isə yarımfinalda İranı yenib. 3-cü yer uğrunda görüşdə Portuqaliya ilə İran milliləri üz-üzə gələcək. 

Son xəbərlər

Orphus sistemi