Azərbaycan futzal yığmasının dünya çempionatının "pley-off"unda rəqibi müəyyənləşib - YENİLƏNİB

Azərbaycan futzal yığmasının dünya çempionatının "pley-off"unda rəqibi müəyyənləşib - YENİLƏNİB İlk oyun Hollandiyada olacaq
Komanda
12 Fevral , 2016 15:11
Azərbaycan futzal yığmasının dünya çempionatının pley-offunda rəqibi müəyyənləşib - YENİLƏNİB

        Bakı. 12 fevral. REPORT.AZ/ Serbiyanın paytaxtı Belqradda futzal üzrə dünya çempionatının "pley-off" mərhələsinin püşkü atılıb. Azərbaycan milli komandasına Hollandiya yığması rəqib olub. 

        İlk oyun martın 22-də səfərdə, cavab görüşü isə aprelin 16-da Bakıda olacaq. 

        Sloveniya - İspaniya

        Slovakiya - Ukrayna

        Polşa - Qazaxıstan

        Serbiya - Portuqaliya

        Belarus - Rusiya

        Hollandiya - Azərbaycan

        Macarıstan - İtaliya

        Qeyd edək ki, qaliblər 14 sentyabr - 2 oktyabrda Kolumbiyada keçiriləcək final mərhələsinə vəsiqə qazanacaqlar.

        _______________________________________________________________________________________________

        10:26. Azərbaycan futzal yığmasının dünya çempionatının "pley-off"unda rəqibi müəyyənləşir

        Bu gün futzal üzrə dünya çempionatının "pley-off" mərhələsinin püşkatma mərasimi keçiriləcək. "Report"un məlumatına görə, Serbiyanın paytaxtı Belqradda keçiriləcək mərasimdə Azərbaycan millisinin final mərhələsinə gedən yolda son rəqibi müəyyənləşəcək. 

      Bakı vaxtı ilə saat 15:00-da başlayanacaq püşkatmaya 14 ölkə yığmaları qatılacaq. Qrup mərhələsindəki nəticələrə əsasən, Azərbaycan millisi liderlər sırasında yer alıb. Fuastino Peresin rəhbərlik etdiyi komanda qrup mərhələsində İsveç və Belarusu müvafiq olaraq 8:2 və 7:2 hesabı ilə məğlub edib. Yığma qrupun son oyununda Xorvatiya ilə sülh bağlayıb - 4:4.

      Reqlamentə əsasən, qrupları birinci yerdə tamamlamış hər bir komanda ikinci yeri tutanlardan biri ilə qarşılaşacaq. Eyni qrupda yer almış komandalar "pley-off"da bir-biri ilə qarşılaşa bilməyəcəklər. Bu isə o deməkdir ki, Azərbaycan yığmasının 6 potensial rəqibi olacaq: Macarıstan, Serbiya, Hollandiya, Sloveniya, Polşa, Slovakiya. 

       Qruplar

    1. 1-ci qrup: Ukrayna, Macarıstan
    2. 2-ci qrup: Azərbaycan, Belarus
    3. 3-cü qrup: Rusiya, Serbiya
    4. 4-cü qrup: İspaniya, Hollandiya
    5. 5-ci qrup: Qazaxıstan, Sloveniya
    6. 6-cı qrup: Portuqaliya, Polşa
    7. 7-ci qrup: İtaliya, Slovakia
      1. Pley-off mərhələsinin oyunları martın 22 və aprelin 16-da keçiriləcək. Bu mərhələdən sonra 7 komanda 14 sentyabr - 2 oktyabrda Kolumbiyada keçiriləcək final mərhələsinə vəsiqə qazanacaq. 
      2. Qeyd edək ki, Azərbaycan futzal yığması "pley-off" səddini də keçməyi bacarsa, tarixində ilk dəfə dünya çempionatına vəsiqə qazanacaq. 

      Son xəbərlər

      Orphus sistemi