Yuxarı

Futzal üzrə Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərilib

Futzal üzrə Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərilib
Müqaviləyə xitam verilib

Bakı. 16 yanvar. REPORT.AZ/ Futzal üzrə Azərbaycan milli komandasının baş məşqçisi Ziller Junior Milton Luiz ilə yollar ayrılıb. 

"Report"un məlumatına görə, baş məşqçinin özü ailə vəziyyəti ilə əlaqədar AFFA rəhbərliyinə müraciət edib.

Qurum rəhbərliyi mütəxəssisin müraciətini müsbət dəyərləndirib və müqaviləyə xitam verilib.

AFFA rəhbərliyi ona gördüyü işlərə və yığma komandaya qazandırdığı uğurlara görə təşəkkür edib, gələcək fəaliyyətində uğurlar arzulayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi