Yuxarı

Futzal üzrə Azərbaycan yığması AÇ-2018-in seçmə qrup mərhələsində ilk oyununu keçirəcək

Futzal üzrə Azərbaycan yığması AÇ-2018-in seçmə qrup mərhələsində ilk oyununu keçirəcək
Yığma Bakı İdman Sarayında Bosniya və Herseqovina millisi ilə üz-üzə gələcək

Bakı. 8 aprel. REPORT.AZ/ Bu gün futzal üzrə 2018-ci il Avropa çempionatının seçmə mərhələsinin B qrupunda mübarizəyə start veriləcək.

“Report”un məlumatına görə, Azərbaycan milli komandasının da yer aldığı qrupun bütün oyunları Bakı İdman Sarayında keçiriləcək.

Qrupun favoritlərindən hesab olunan Biro Jadenin rəhbərlik etdiyi yığma Bosniya və Herseqovina millisi ilə üz-üzə gələcək.

Qeyd edək ki, qrupdakı digər oyunda Macarıstan və Albaniya milliləri qarşılaşacaqlar. Bakı İdman Sarayında keçiriləcək matç saat 16:00-da başlayacaq.

2018-ci il Avropa çempionatının seçmə mərhələsi

B qrupu, I tur

8 aprel

18:30 Azərbaycan – Bosniya və Herseqovina

Hakimlər: Timo Onatsu (Finlandiya), Lars van Leuven (Hollandiya)

Bakı İdman Sarayı

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi