Futzal üzrə Azərbaycan millisinin qapıçı: "Kimə qarşı oynadığımızı bilirdik"

Futzal üzrə Azərbaycan millisinin qapıçı: "Kimə qarşı oynadığımızı bilirdik" Bakı. 5 fevral. REPORT.AZ/ Əvvəlcədən kimə qarşı oynadığımızı bilirdik. Üstəlik, ispanların Fransaya qarşı keçirdikləri oyunu da canlı izləmişdik. Üstün, eləcə də bizim istifadə edə biləcəyimiz cəhətlərini nəzərdən keçirmişdik. 
Komanda
5 Fevral , 2018 07:51
Futzal üzrə Azərbaycan millisinin qapıçı: Kimə qarşı oynadığımızı bilirdik

Bakı. 5 fevral. REPORT.AZ/ "Əvvəlcədən kimə qarşı oynadığımızı bilirdik. Üstəlik, ispanların Fransaya qarşı keçirdikləri oyunu da canlı izləmişdik. Üstün, eləcə də bizim istifadə edə biləcəyimiz cəhətlərini nəzərdən keçirmişdik. 

Oyuna rəqib yaxşı başladı. Komandamızda az da olsa yorğunluq var idi. Çünki ispanlar bizə nisbətən daha artıq istirahət etmişdi. Ümumi götürdükdə, pis mübarizə aparmadıq. Bir epizodda ciddi səhvə yol verdik, yer seçimini düzgün etmədik".

"Report" xəbər verir ki, bunu futzal üzrə Azərbaycan millisinin qapıçı Rövşən Hüseynli deyib.

O, bildirib ki, komandanın qalib gəlməsi üçün var qüvvəsini əsirgəməyib: "Əlimdən gələni etdim ki, komandama xeyrim dəysin. Bu cür seçimi azarkeşlər edir. Vacib olan qapıçı kimi inamlı dayanmaq idi. Düzdür, Fransaya qarşı oyunda səhvlərim oldu. Bu da ilk oyunun həyəcanından doğurdu. Çünki birinci oyunlar hər zaman çətin keçir. Bu dəfə oyunum yaxşı alındı".

Günün ilk matçı olan Portuqaliya – Ukrayna görüşünü izləyən qapıçı hər iki komandanın eyni səviyyəli olduğunu bildirib: "Düzdür, hər iki komandanın özünəməxsus oyun üslubu var. Ukrayna daha intizamlıdır. Portuqaliyada isə Rikardinyo birə-bir epizodlarda oyunu üzərinə götürməyi bacarır.

Əlbəttə, birinci yerlə ¼ finala yüksəlmək istəyirdik. Komandamız pis oynamadı. Məşqçimiz də rəqibi yaxşı analiz etmişdi. Minimal hesablı məğlubiyyət çox mətləbdən xəbər verir".

O, qeyd edib ki, komandanın Portuqaliya yığması ilə qarşılaşmasını istəyir: "Çünki dünya çempionatında onlara uduzmuşduq. Həmin oyunda sarı vərəqə cəzalısı olduğuma görə, iştirak edə bilmədim. Bu dəfə meydanda olacam. Revanş arzusu bizim üçün əlavə motivasiyadır. Məncə, şanslar 50-nin 50-yədir. Bura finalda oynamaq üçün gəlmişik. Çempionata da pis başlamamışıq".

Sloveniyanın paytaxtı Lyublyanada təşkil edilən futzal üzrə Avropa çempionatının final mərhələsində iştirak edən millimiz D qrupunda son oyununu keçirib. İspaniya ilə qarşılaşmada məğlub olan yığmamız ¼ finalda Portuqaliya ilə üz-üzə gələcək.

Son xəbərlər

Orphus sistemi