Futzal üzrə Azərbaycan millisinin oyunları üçün biletlər satışa çıxarılıb

Futzal üzrə Azərbaycan millisinin oyunları üçün biletlər satışa çıxarılıb Futzal üzrə Azərbaycan millisinin Bakı İdman Sarayında keçirəcəyi dünya çempionatının əsas mərhələsinin oyunları üçün nəzərdə tutulan biletlər satışa çıxarılıb.
Komanda
19 Oktyabr , 2019 14:19
Futzal üzrə Azərbaycan millisinin oyunları üçün biletlər satışa çıxarılıb

Futzal üzrə Azərbaycan millisinin Bakı İdman Sarayında keçirəcəyi dünya çempionatının əsas mərhələsinin oyunları üçün nəzərdə tutulan biletlər satışa çıxarılıb.

“Report”un məlumatına görə, bütün yerlər üçün qiyməti 1 manat olan biletləri onlayn şəkildə iticket.az saytından əldə etmək mümkündür.

Qeyd edək ki, Azərbaycan millisi oktyabrın 23-də Moldova, oktyabrın 24-də Monteneqro, oktyabrın 26-da isə Slovakiya yığması ilə qarşılaşacaq. Bütün matçlar saat 20:00-da başlayacaq. Qrupda ilk 2 yeri tutacaq komandalar elit-raunda vəsiqə qazanacaqlar.

Son xəbərlər

Orphus sistemi