Futzal üzrə Azərbaycan millisinin DÇ-2020-nin elit-raundunda rəqibləri bəlli olub - YENİLƏNİB

Futzal üzrə Azərbaycan millisinin DÇ-2020-nin elit-raundunda rəqibləri bəlli olub - YENİLƏNİB Futzal üzrə DÇ-2020-nin elit-raundunun püşkü atılıb.
Komanda
7 Noyabr , 2019 17:33
Futzal üzrə Azərbaycan millisinin DÇ-2020-nin elit-raundunda rəqibləri bəlli olub - YENİLƏNİB

Futzal üzrə DÇ-2020-nin elit-raundunun püşkü atılıb.

“Report” xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında baş tutan tədbirdə Azərbaycan millisinin də rəqibləri müəyyənləşib.

Joze Alesio Da Silvanın baş məşqçi olduğu kollektiv Rusiya, Slovakiya və Xorvatiya yığmaları ilə birgə C qrupuna düşüb.

A qrupu: Portuqaliya, İtaliya, Belarus, Finlandiya

B qrupu: İspaniya, Serbiya, Ukrayna, Fransa

C qrupu: Rusiya, Azərbaycan, Slovakiya, Xorvatiya

D qrupu: Qazaxıstan, Sloveniya, Rumıniya, Çexiya


09:44***

Bu gün futzal üzrə DÇ-2020-nin elit-raundunun püşkü atılacaq.

“Report” xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında Bakı vaxtı ilə saat 17:15-də başlanacaq tədbirdə Azərbaycan millisinin də rəqibləri bəlli olacaq.

Joze Alesio Da Silvanın baş məşqçi olduğu yığma öz qrupunun ikinci komandası olacaq. Bu o deməkdir ki, milli İtaliya, Sloveniya və Serbiya ilə eyni qrupa düşməyəcək.

Qrup birinciləri isə İspaniya, Rusiya, Portuqaliya və Qazaxıstandır.

Səbət 1 (qrupda 4-cü pillə)

Xorvatiya*

Çexiya*

Ukrayna*

Səbət 2 (qrupda 2-ci pillə)

Serbiya*

Səbət 3 (qrupda 1-ci pillə)

Rusiya*

İspaniya*

Portuqaliya*

Səbət 1 (qrupda 3-cü və 4-cü pillə)

Belarus

Finlandiya

Fransa

Rumıniya

Slovakiya

Səbət 2 (qrupda 2-ci pillə):

Azərbaycan

İtaliya

Sloveniya

Səbət 3 (qrupda 1-ci pillə):

Qazaxıstan

Qeyd edək ki, qarşısında ulduz olan komandaların evsahibliyi etmək üçün müraciəti təsdiqlənib. Komandaları reytinq cədvəlindəki mövqeyinə uyğun olaraq bu cür təsnifatlandırılıblar. Elit-raundda iştirak edəcək 16 komada hər birində 4 iştirakçı olmaqla 4 qrupa bölünəcək. Hər qrupda əsas mərhələdə qrup qalibi olmuş 2, bir o qədər də ikinci pilləni turmuş komanda yer alacaq. Qrup qalibləri elit-raundun püşkü zamanı öz qruplarında 1-ci və 2-ci sırada, əsas mərhələnin “ikinciləri” isə 3-cü və 4-cü sırada qərarlaşacaq. Elit-raundun oyunları 2020-ci il yanvarın 28-dən fevralın 2-dək keçiriləcək. Qrup qalibləri birbaşa final mərhələsinə yüksələcək. İkinci pillənin sahibi olacaq 4 komanda pley-off-da üz-üzə gələcək. Pley-off oyunları aprelin 9-da və 12-də ev-səfər prinsipi ilə keçiriləcək. Qaliblər həlledici mərhələdə iştirak edəcəklər. Final mərhələsi gələn il sentyabrın 12-dən oktyabrın 4-dək Litvada təşkil olunacaq. Oyunlar “Kaunas Arena”da, “Vilnüs Arena”da və “Klaipeda Arena”da keçiriləcək.

Son xəbərlər

Orphus sistemi