Yuxarı

Futzal üzrə Azərbaycan millisinin baş məşqçisi: "Komandama inanıram"

Futzal üzrə Azərbaycan millisinin baş məşqçisi: "Komandama inanıram"

Bakı. 5 fevral. REPORT.AZ/ "Bilirdik ki, bizi çətin oyun gözləyir. İlk oyundan sonra növbəti mərhələyə vəsiqəni təmin etsək də, qrup liderliyi uğrunda sona qədər mübarizə apardıq. Çünki birinci pilləni tutmaq istəyirdik. Ancaq qarşımızdakı dünyanın ən güclü yığmalarından biri idi".

"Report" xəbər verir ki, bunu futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Joze Alesio da Silva deyib.

O, qeyd edib ki, rəqib topa daha çox nəzarət edən tərəf olub. "Buna baxmayaraq, biz də qol vurmaq üçün epizodlar yaratdıq. Təəssüf ki, həmin epizodları realizə edə bilmədik", - deyə o qeyd edib.

Baş məşqçi əlavə edib ki, növbəti rəqib Portuqaliya millisi çempionatın favorit komandalarındandır: "Heyətlərində Rikardinyo kimi istənilən saniyədə matçın taleyini həll edəcək oyunçu var. Komandama inanıram, hazırlaşacağıq. İki-üç oyunçumuzun yüngül zədəsi var. Ümid edirik ki, onlar son oyunda komandamıza kömək edəcəklər".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi