Bakı. 28 sentyabr. REPORT.AZ/ Futzal üzrə Azərbaycan milli komandasının Avropa çempionatının final mərhələsindəki rəqibləri sentyabrın 29-da müəyyənləşəcək.
Federasiyanın Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Sloveniyanın paytaxtı Lyublyanada keçiriləcək tədbirə UEFA prezidenti Aleksander Çeferin də qonaq qismində qatılacaq.
Mərasim sabah Bakı vaxtı ilə saat 14:00-dan etibarən UEFA-nın rəsmi saytı vasitəsilə canlı yayımlanacaq.
Püşköncəsi komandalar səbətlərə bu şəkildə bölünüb:
Səbət 1: Sloveniya (ev sahibi, A qrupu), İspaniya (son qalib), Rusiya, Portuqaliya
Səbət 2: İtaliya, Ukrayna, Azərbaycan, Qazaxıstan
Səbət 3: Serbiya, Rumıniya, Polşa, Fransa
Püşkatma mərasimində Azərbaycanı AFFA-nın futzal üzrə koordinatoru Asim Xudiyev təmsil edəcək.
Qeyd edək ki, Avropa çempionatı 2018-ci il sentyabrın 30-dan oktyabrın 10-dək Lyublyanada keçiriləcək.