Futzal üzrə Azərbaycan millisi Avropa çempionatında ilk oyununu keçirib

Futzal üzrə Azərbaycan millisi Avropa çempionatında ilk oyununu keçirib Rəqib ikiqat qitə çempionu İtaliya yığması olub
Komanda
4 Fevral , 2016 02:10
Futzal üzrə Azərbaycan millisi Avropa çempionatında ilk oyununu keçirib

Bakı. 4 fevral. REPORT.AZ/ Bu gün futzal üzrə Azərbaycan millisi Avropa çempionatında ilk oyununu keçirib. "Report"un məlumatına görə, rəqib ikiqat qitə çempionu İtaliya yığması olub.

Serbiyanın paytaxtı Belqradda keçirilmiş qarşılaşma hazırkı çempionların qələbəsi ilə yekunlaşıb - 3:0. İlk yarının sonlarında azlıqda qalan Azərbaycan yığması tezliklə qapısında qol görüb. Aleks Merlim ikinci hissə başlayan kimi daha bir dəfə fərqlənib. Matçın sonlarında Daniel Giasson yekun nəticəni müəyyənləşdirib.

İtaliya - Azərbaycan - 3:0

Qollar: Aleks Merlim, 20; 21. Danel Giasson, 29

Qırmızı vərəqə: Amadeu, 19 (AZƏRBAYCAN)

Hakimlər: Mark Birkett (İngiltərə), Oleq İvanov (Ukrayna), Kamil Çetin (Türkiyə), Tomaş Frak (Polşa).

Belqrad. "Belqrad Arena"

Qeyd edək ki, Azərbaycan yığması növbəti oyununu fevralın 5-də Çexiya ilə üz-üzə gələcək. Qrup mərhələsinə fevralın 7-də yekun vurulacaq. Avropa çempionatında 12 komanda 4 qrupda mübarizə aparır. Reqlamentə əsasən, hər qrupda ilk 2 yerin sahibi 1/4 finala yüksələcək.

Son xəbərlər

Orphus sistemi