Futzal üzrə Azərbaycan milli komandası yoldaşlıq oyunu keçirib.
"Report"un məlumatına görə, rəqib Latviya yığması olub. Qarşılaşma millimizin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Teles Thaqonun dubl etdiyi oyunda digər qolu Vitali Borisov vurub.
Bu komandalar arasında növbəti oyun aprelin 12-də keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 19:00-da başlanacaq.