Yuxarı

Futzal üzrə Azərbaycan çempionu sona 6 tur qalmış müəyyənləşib

Futzal üzrə Azərbaycan çempionu sona 6 tur qalmış müəyyənləşib

Bakı. 28 mart. REPORT.AZ/ Futzal üzrə Azərbaycan çempionu müəyyənləşib.

“Report” xəbər verir ki, XXII tur matçında EKOL-u 5:2 hesabı ilə məğlub edən “Araz” qızıl medalları erkən təmin edib. Bu qələbə sayəsində xalını 55-ə çatdıran Naxçıvan təmsilçisi ən yaxın izləyicisi 37 xala malik “Marafon Futsal” üçün əlçatmaz olub.

Düzdür, mövsümün başa çatmasına 6 tur qalmış “Marafon Futsal”ın nəzəri cəhətdən “Araz”la xallarını bərabərləşdirmək imkanı var. Lakin Joze Alesio Da Silvanın rəhbərlik etdiyi kollektiv şəxsi oyunlarda üstün olduğu üçün liderliyini əldən verə bilməz.

Qeyd edək ki, bu, ölkənin ən titullu komandası olan “Araz”ın 13-cü çempionluğudur. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi