Bakı. 26 sentyabr. REPORT.AZ/ Futzal üzrə Azərbaycan Yüksək Liqasının III turunda ata və oğul eyni komandanın heyətində meydana çıxıblar.
“Report” xəbər verir ki, maraqlı hadisə “Yasamal” İSK – “Araz” oyununda baş verib. Yasamal təmsilçisinin əvvəlki matçına sırf baş məşqçi kimi çıxan Mahir Eyniyev bu dəfə oynayan-məşqçi kimi komandasına kömək etməyə çalışıb. Belədə oğlu Məhəmməd Eyniyevlə eyni anda meydanda olub.
Görüş “Araz”ın 13:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, eyni hadisə ötən mövsümdə də baş verib. “Yasamal-2”də çıxış edən Rüfət Hüseynovla U-17-nin üzvü olan oğlu Tofiq Hüseynov rəqib olublar.