Yuxarı

Fransa yığması həndbol üzrə dünya çempionu olub

Fransa yığması həndbol üzrə dünya çempionu olub
Komanda finalda Norveçi məğlub edib

Bakı. 30 yanvar. REPORT.AZ/ Fransa yığması kişilər arasında keçirilən həndbol üzrə dünya çempionatının qalibi olub.

"Report" xəbər verir ki, fransalılar doğma meydanda keçirilən turnirin finalında Norveç yığması üzərində 33:26 hesabı ilə qələbə qazanıblar.

Fransa həndbolçuları bu titula ardarda 2-ci, ümumilikdə isə 6-cı dəfə (1995, 2001, 2009, 2011, 2015, 2017-ci illər) yiyələniblər. Eyni zamanda 2001-ci ildə də turnir Fransada keçirilib.

Çempionatın bürünc mükafatçısı üçüncü yer uğrunda görüşdə Xorvatiyanı 31:30 hesabı ilə məğlub edən Sloveniya olub.

Növbəti dünya çempionatı 2019-cu ildə Danimarka və Almaniyada keçiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi