Yuxarı

"Formula-1" üzrə Azərbaycan Qran-prisinə start verilib

"Formula-1" üzrə Azərbaycan Qran-prisinə start verilib
​Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Qran-Priyə baxıblar
© Report.az

Bakı. 25 iyun. REPORT.AZ/ İyunun 25-də "Formula-1" üzrə dünya çempionatının yeddinci mərhələsinə - Azərbaycan Qran-Prisinə start verilib.

"Report" xəbər verir ki, əvvəlcə Azadlıq meydanında möhtəşəm açılış mərasimi keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Qran-Priyə baxıblar.

Karnaval üslubunda hazırlanan açılış mərasimində Azərbaycan mədəniyyətinin incə koloriti, milli rəqslərimiz və xalqımızın əsrlərdir qoruyub saxladığı simvollar nümayiş etdirilib.

Azərbaycan Respublikasının dövlət himninin ifasından sonra "Formula-1" Azərbaycan Qran-Prisinə start verilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi