Formula 1 üzrə Avstraliya Qran Prisinin təsnifat mərhələsi keçirilib

Formula 1 üzrə Avstraliya Qran Prisinin təsnifat mərhələsi keçirilib Təsnifat mərhələsini "Mercedes"in pilotu qazanıb
Komanda
19 Mart , 2016 12:18
Formula 1 üzrə Avstraliya Qran Prisinin təsnifat mərhələsi keçirilib

Bakı. 19 mart. REPORT.AZ/ Formula 1 üzrə yeni mövsümün ilk yarışı olan Avstraliya Qran Prisinin təsnifat mərhələsi keçirilib.

"Report" xəbər verir ki, təsnifat mərhələsini "Mercedes"in pilotu, son çempion Lüis Hemilton qazanıb. Britaniyalı pilotun göstəricisi 1:23:837 olub. İndi o, sabah keçiriləcək Qran Prinin final yarışına birinci yerdə başlayacaq.

Təsnifat mərhələsinin yekunlarına görə, pilotların ardıcıllığı belə olacaq:

1. Lüis Hemilton (Böyük Britaniya), "Mercedes"

2. Niko Rosberq (Almaniya), "Mercedes"

3. Sebastyan Fettel (Almaniya), "Ferrari"

4. Kimi Raykkonen (Finlandiya), "Ferrari"

5. Maks Ferstappen (Hollandiya), "Toro Rosso"

6. Felipe Massa (Braziliya), "Williams"

7. Karlos Sayns (İspaniya), "Toro Rosso"

8. Daniel Rikkiardo (Avstraliya), "Red Bull"

9. Serxio Peres (Meksika), "Force India"

10. Niko Hyulkenberq (Almaniya), "Force India"

11. Valteri Bottas (Finlandiya), "Williams"

12. Fernando Alonso (İspaniya), "McLaren-Honda"

13. Censon Batton (Böyük Britaniya), "McLaren-Honda"

14. Colion Palmer (Böyük Britaniya), "Lotus Renault"

15. Kevin Maqnussen (Danimarka), "Lotus Renault"

16. Markus Eriksson (İsveç), "Sauber"

17. Felipe Nasr (Braziliya), "Sauber"

18. Daniil Kvyat (Rusiya), "Red Bull"

19. Roman Qrojan (Fransa), "Haas"

20. Esteban Qutyerres (Meksika), "Haas"

21. Rio Haryanto (İndoneziya), "Manor" - cəza səbəbiylə sonuncu başlayacaq

22. Paskal Verlyayn (Almaniya), "Manor"

Xatırladaq ki, Formula 1 üzrə dünya çempionatının 8-ci mərhələsi olan Avropa Qran Prisi 17-19 iyun tarixlərində Bakıda keçiriləcək.

Son xəbərlər

Orphus sistemi