Yuxarı

"Formula-1"in saytı Azərbaycan xəritəsi ilə bağlı səhvi aradan qaldırıb

"Formula-1"in saytı Azərbaycan xəritəsi ilə bağlı səhvi aradan qaldırıb
Yanlışlıq Report agentliyinin müraciətindən sonra düzəldilib

Bakı. 21 dekabr. REPORT.AZ/ "Formula-1"in rəsmi saytı "Report" agentliyinin müraciətindən sonra Azərbaycanın xəritəsi ilə bağlı yol verdiyi səhvi aradan qaldırıb.

"Report" xəbər verir ki, 2016-cı ildə Bakıda keçiriləcək Avropa Qran-Prisinin biletləri satışa çıxarıldıqdan sonra "Formula-1"in saytı Azərbaycan haqqında məlumat yerləşdirmişdi. Həmin məlumatda ölkənin özəllikləri və görməli yerləri qeyd edilsə də, nədənsə Naxçıvan Muxtar Respublikası Azərbaycan ərazisi kimi göstərilməmişdi.

"Report" agentliyinin sayta müraciətindən sonra yanlışlıq aradan qaldırılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi