Bakı. 18 aprel. REPORT.AZ/ İzmirdə keçiriləcək voleybol üzrə "Fənərbaxça" və "Beşiktaş" komandalarının görüşündən öncə iki azarkeş bıçaqlanıb. "Report"un məlumatına görə, Gündoğdu meydanında iki komanda azarkeşləri arasında insident yaşanıb.
İlk olaraq söz davasına çıxan tərəflər daha sonra soyuq silaha əl atıblar. Alsancak Dövlət Xəstəxanasına aparılan yaralıların vəziyyətinin yaxşı olduğu bildirilib.
Ərazidə ciddi mühafizə tədbirləri görülüb.