Yuxarı
    Bağlamaq

    Faiq Qarayev məşqçilik karyerasını başa vurub

    Bakı. 11 oktyabr. REPORT.AZ/ Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Faiq Qarayev postundan istefa verib.

    Bu barədə “Report”a Azərbaycan Voleybol Federasiyasının (AVF) Mətbuat xidmətindən məlumat verilib. 59 yaşlı mütəxəssis səhhətində yaranan ciddi problemlə əlaqədar olaraq, məşqçilik karyerasını da başa vurub.

    O, fəaliyyətini AVF-in I vitse-prezidenti kimi davam etdirəcək.

    F.Qarayevlə yanaşı, voleybolçu Natalya Məmmədova millidəki karyerasını başa vurub.

    Qeyd edək ki, bu gün Azərbaycan milli komandası Yaponiyadakı dünya çempionatında çıxışını başa vurub. II mərhələdə F qrupunda sonuncu yeri tutan yığma növbəti raunda vəsiqə qazana bilməyib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Bu xəbər həm də başqa dillərdə mövcuddur:

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi