Faiq Həsənov: "Prezidentin şahmata qayğısı və dəstəyinə görə belə nəticə göstərdik"

Faiq Həsənov: "Prezidentin şahmata qayğısı və dəstəyinə görə belə nəticə göstərdik" AŞF-ın vitse-prezidenti komandanın oyununu qiymətləndirib
Komanda
6 Noyabr , 2017 23:22
Faiq Həsənov: Prezidentin şahmata qayğısı və dəstəyinə görə belə nəticə göstərdik

Bakı. 6 noyabr. REPORT.AZ/ "Sağ olsun cənab prezident. İdmana, o cümlədən şahmata belə qayğı göstərir, dəstək verir. Belə qayğı, etimad olduğuna görə biz bu cür nəticə göstərdik".

"Report" xəbər verir ki, bunu Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinə müsahibəsində Azərbaycan Şahmat Federasiyasinin birinci vitse-prezidenti Faiq Həsənov deyib.

O, bildirib ki, şahmat üzrə kişilərdən ibarət Azərbaycan milli komandası əmsala görə ikinci komanda olub. Azərbaycan yığması yalnız Rusiya komandasından geri qalıb: "Bizim məqsədimiz odur ki, ilk 3-lüyə düşək. Çempionluq uğrunda mubarizə aparaq. O üç yerdən başqa olmamalı idi. Bu qələbə çox çətin oldu. Ona görə ki, ilk turda məğlub olan, 3-cü turda heç-heçə etdən komanda çox nadir hallarda qalib olur. Çox güclü komandalar var idi. Rusiyanı, Ukraynanı, Ermənistanı, İngiltərəni, Polşanı, Almaniyanı misal göstərə bilərəm. 

İlk məğlubiyyət təsadüfi oldu. Ona görə ki, belə yarışlarda İsveçrə sistemi ilə olanda, ilk turda güclü komandalar zəiflərlə qarşılaşır. Bu sistemin bir qaydasıdır. Təsadüf oldu. Heç kəs inanmaq istəmirdi ki, Azərbaycan komandası zəif komandaya uduzdu. Komanda üzvləri bu məsuliyyəti başa düşdülər. Hər turdan sonra oyunları daha da yaxşı olmağa başladı. Daha da güclü olmağa başladı. Ondan sonra komandamız məğlub olmadı. Ardıcıl 5 qələbə qazandıq. Son turda da bizi heç-heçə qane edirdi. Bunu da etdik.

Yarışa hazırlıq barədə sualı cavablandıran Faiq Həsənov bildirib ki, hər şahmatçının öz məşqçisi var: "Şahmatı kompyutersiz təsəvvür etmək olmaz. Hər bir şahmatçının güclü kompyuteri olmalıdır. Eyni zamanda onların məsləhətçiləri olmalıdır. Eltaç səfərlinin rolu bu dəfə başqa idi. O, uşaqlara kömək edirdi.

Hər bir oyundan əvvəl bütün uşaqların variantları debutları her şeyə birlikdə baxırdılar. Onun çox böyük köməyi oldu. Bizim şahmatçılar elə səviyyədədir ki, onların məşqçilərinə köməkçi demək olar. Belə səviyyədə şahmatçıya yalnız köməkçi kimi onun variatlarına baxa bilər. Ona görə çox sevinirəm ki, bizim çox sağlam, mehriban komandamız var".

Şahmatçılar ələ səviyyədədirlər ki, hətta şəxsi turnirlərdə də çıxış edəndə bir-birləri rəqabət aparmalıdırlar: "Bu, sağlam rəqabətdir. Hər bir şahmatçı komanda üçün oynadı. Komandada heç kim öz biliyini əsirgəmirdi. Hər kəs bir-birinə kömək edirdi".

Son xəbərlər

Orphus sistemi