Estoniya turunda uğurlu start

Estoniya turunda uğurlu start Yarışda komandamızın 8 üzvü mübarizə aparır
Komanda
29 May , 2015 21:41
Estoniya turunda uğurlu start

Bakı. 29 May. REPORT.AZ/ Azərbaycanın kontinental velosiped komandası "Synergy Baku" bu gün startı verilən Estoniya Turuna uğurla başlayıb.

"Report"un xəbərinə görə, Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı yarışında komandamızın 8 üzvü mübarizə aparır.

Birinci mərhələdə iştirakçılar paytaxt Tallindən Tartuya qədər olan 197 km məsafə qət ediblər. Komanda üzvlərimizdən ən yüksək nəticəyə Yannis Tamuridis imza atıb - gələn ay keçiriləcək ilk Avropa Oyunlarında Yunanıstan milli komandasının heyətində də çıxış edəcək velosipedçi marşrutu 4 saat, 30 dəqiqə, 32 saniyəyə qət edib və finiş xəttini ikinci keçib. Avropa Oyunlarında Azərbaycan yığmasının şərəfini qoruyacaq Maksim Averin isə 2 dağ sprintinin birində qalib olub və hazırda bu sıralanmada 2-ci yerdədir.

Sabah keçiriləcək sonuncu, 2-ci mərhələdə iştirakçılar Tartu şəhərinin küçələrində 150 km məsafə qət etməlidirlər. Qeyd edək ki, Estoniya Turu yığma komandamızın üzvləri Elçin Əsədov və Maksim Averin üçün Avropa Oyunları öncəsi son yarışdır. Daha sonra Azərbaycana gələcək velosipedçilər məsul yarışa hazırlıqları ölkəmizdə davam etdirəcəklər.

Son xəbərlər

Orphus sistemi