Yuxarı

Dağ velosipedi üzrə Rusiya milli komandasının üzvü yol qəzasında ölüb

Dağ velosipedi üzrə Rusiya milli komandasının üzvü yol qəzasında ölüb
Anton Qoqolev aldığı zədələrdən xəstəxanada keçinib

Bakı. 27 fevral. REPORT.AZ/ Soçinin Adler rayonunda "Volkswagen" markalı avtomobilin sürücüsü dağ velosipedi üzrə Rusiya milli komandasının üzvünü vurub.

"Report" TASS-a istinadən xəbər verir ki, hadisə nəticəsində yaralanan Anton Qoqolev xəstəxanaya çatdırılıb.

Amma həkimlərin səylərinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi