Yuxarı

Çempionlar Liqasında II turun ən yaxşı oyunçusu və qoluna namizədlər açıqlanıb

​ÇL-da II turun ən yaxşı oyunçusu və qoluna namizədlər açıqlanıb

UEFA Çempionlar Liqasında qrup mərhələsinin II turunun ən yaxşı oyunçusu və qoluna namizədlər açıqlanıb.

“Report” xəbər verir ki, UEFA-nın rəsmi saytında açıqlanan siyahıya 4 qol daxil edilib.

Siyahıda İspaniyanın “Barselona” klubunun futbolçusu Luis Suaresin “İnter” (2:1) klubuna, “Ayaks” klubunun mərakeşli futbolçusu Hakim Ziyeşnin “Valensiya”ya (0:3), “Bavariya”nın yarımmüdafiəçisi Yozua Kimmixin “Tottenhem”ə (7:2) və “Liverpul”un oyunçusu Sadio Manenin “Zaltsburq”a (4:3) vurduğu qol yer alıb.

II turdakı çıxışlarına görə, ən yaxşı futbolçu adına Luis Suares (“Barselona”), Serj Qnabri (“Bavariya”), Əşrəf Hakimi (“Borussiya” (Dortmund), Bonaventur (Brüggeiddia edir.

Qeyd edək ki, qaliblər UEFA-nın saytına aparılan səsvermə ilə müəyyənləşəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi