MOK-un vitse-prezidenti: İslam Həmrəylik Oyunları I Avropa Oyunlarından daha yüksək səviyyədə olmayacaq

MOK-un vitse-prezidenti: İslam Həmrəylik Oyunları I Avropa Oyunlarından daha yüksək səviyyədə olmayacaq İslam Həmrəylik Oyunlarının təşkilatçıları bizdən bu yarışı Avropa Oyunları səviyyəsinə qaldırmamağı xahiş edirlər
Komanda
22 İyul , 2016 19:37
MOK-un vitse-prezidenti: İslam Həmrəylik Oyunları I Avropa Oyunlarından daha yüksək səviyyədə olmayacaq

Bakı. 22 iyul. REPORT.AZ/ "İslam Həmrəylik Oyunları I Avropa Oyunlarından daha yüksək səviyyədə olmayacaq. Çünki “Bakı 2015” çox yüksək səviyyədə təşkil olunmuşdu."

“Report”un məlumatına görə, bunu Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə “ASAN radio”nun “QəbuldASAN” verilişində deyib.

O bildirib ki, İslam Həmrəylik Oyunlarının təşkilatçıları bizdən bu yarışı Avropa Oyunları səviyyəsinə qaldırmamağı xahiş edirlər: "Səbəb isə odur ki, bizdən sonra müəyyən problemlərin yaranmasından ehtiyatlanırlar. Yəni, bizdən sonrakı ölkə bu mötəbər yarışı sönük keçirə bilər. Hələ də II Avropa Oyunları üçün məkanlar müəyyənləşməyib. Bütün ölkələr bu məsələni müzakirə edir."

Mok rəsmisi vurğulayıb ki, İslam Həmrəylik Oyunları da yüksək səviyyədə olacaq, idmançıların sayı da Avropa oyunlarındakı idmançıların sayı qədər olacaq. Yenə də həmin möhtəşəm obyektlərdən istifadə olunacaq. Bizim təcrübəmiz olduğunu görə bu dəfə işləri daha dəqiq və səlist yerinə yetirəcəyik".  

Ç.Hüseynzadə Rio-de-Janeyroda keçiriləcək XXXI Yay Olimpiya Oyunlarında Azərbaycanı təmsil edəcək hakimlərin 3-dən çox olmasını istədiklərini, lakin bunun mümkün olmadığını söyləyib.

"Məsələn, OLimpiya Oyunlarında 11 boksçumuz iştirak edir. Lakin hakimliyə bir yer verilir. Beynəlxalq federasiyalar hakimlərini dəvət edir. Yəni bu məsələdə biz fikir bildərə bilmərik. Hər halda 3 nəfərin olması da idmançılarımız üçün yaxşıdır”- deyə Ç. Hüseynzadə qeyd edib.

Son xəbərlər

Orphus sistemi