CEV Kuboku: "Dinamo"-"Azəryol" - 0:3

CEV Kuboku: "Dinamo"-"Azəryol" - 0:3 Cavab görüşü martın 12-də Bakıdakı Voleybol Mərkəzində olacaq
Komanda
8 Mart , 2016 21:15
CEV Kuboku: Dinamo-Azəryol - 0:3

Bakı. 8 mart. REPORT.AZ/ Bu gün voleybolçu qadınlardan ibarət "Azəryol" klubu CEV Kubokunda ilk yarımfinal matçına çıxıb. "Report"-un məlumatına görə, Azərbaycan təmsilçisi Rusiyanın Krasnodar şəhərində "Dinamo"nun qonağı olub.

Tarixində ilk dəfə finalın bir addımlığınadək yüksələn klubumuz üçün mat uğursuz alınıb. Martın 6-dan Krasnodarda olan "Azəryol" görüşə iddialı yollansa da, 1 set də qazana bilməyərək 0:3 hesabı ilə məğlub olub. Ziya Rəcəbovun yetirmələri ilk setdə böyük fərqlə irəlidə olsa da, üstünlüyünü əldən verməsi həlledici olub. Cavab görüşü martın 12-də Bakıdakı Voleybol Mərkəzində olacaq.

CEV Kuboku, 1/4 final

8 mart

18:00. "Dinamo" (Krasnodar, Rusiya) - "Azəryol" (Azərbaycan) - 3:0 (25:22, 25:15, 25:23)

Hakimlər: Silvian Lunqu (Rumıniya), Lyubomir Qlobaçnik (Sloveniya)

Krasnodar, "Olimp" İdman Sarayı

Son xəbərlər

Orphus sistemi