Yuxarı

"Bursaspor" Azərbaycan millisinin futbolçusunun qiymətini açıqlayıb

"Bursaspor" Azərbaycan millisinin futbolçusunun qiymətini açıqlayıb
“Deniz Yılmaz klub tapmasa, 2 milyona yaxın xərci var”

Bakı. 7 iyul. REPORT.AZ/ Türkiyənin “Bursaspor” klubu Azərbaycan milli komandasının futbolçusu Deniz Yılmazı satmağı düşünür. “Report”un məlumatına görə, Super Liqa təmsilçisinin prezidenti Ali Ay yerli jurnalistlərlə söhbətində belə bir niyyətlərinin olduğunu açıqlayıb.

O, bildirib ki, 29 yaşlı hücumçu ilə bağlı təklif gözləyirlər. Klub rəhbəri Yılmazla Türkiyə təmsilçisi “Göztepe”nin maraqlandığını deyib: “Bu adam klub tapmasa, 2 milyona yaxın xərci var. Baş məşqçi Pol Le Quen onun oyunlarını izləyib. Hələlik hər hansı qərar verilməyib. Baş məşqçimiz istəsə, yeni müqavilə təklif edəcəyik. Onun xidmətində “Göztepe” maraqlı idi”.

Qeyd edək ki, Deniz Yılmaz son mövsümün gedişində "Bursaspor" klubunun əsas komandasından kənarlaşdırılıb. O, əmək haqqını ala bilmədiyi üçün FİFA-ya şikayət ediyinə görə cəzalandırılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi