Yuxarı

Bu gün qadın voleybolçular arasında Avropa çempionatına start veriləcək

Bu gün qadın voleybolçular arasında Avropa çempionatına start veriləcək
Azərbaycan yığması ilk oyununu Macarıstan milli komandasına qarşı keçirəcək

Bakı. 22 sentyabr. REPORT.AZ/ Bu gün qadın voleybolçular arasında Avropa çempionatına start veriləcək. “Report” xəbər verir ki, qitə birinciliyinin oyunları 3 məkanda keçiriləcək.

Turnirin A və C qrupunun, eləcə də yarımfinal və final oyunları Bakıda Milli Gimnastika Arenasında olacaq. D qrupunda qərarlaşan kollektivlər Göygöldə Olimpiya İdman Kompleksində üz-üzə gələcəklər. B qrupunun və 1/4 final mərhələsinin matçları isə Gürcüstanın paytaxtı Tbilisidə Yeni İdman Sarayında baş tutacaq.

A qrupunda yer alan Azərbaycan yığması ilk oyununu Macarıstan milli komandasına qarşı keçirəcək.

Avropa çempionatı

I tur

22 sentyabr

A qrupu

18:00. Macarıstan – Azərbaycan

20:00. Almaniya – Polşa

Bakı. Milli Gimnastika Arenası

B qrupu

18:00. İtaliya – Gürcüstan

21:00. Belarus – Xorvatiya

Tbilisi. Yeni İdman Sarayı

C qrupu

15:30. Ukrayna – Rusiya

Bakı. Milli Gimnastika Arenası

D qrupu

17:00. Serbiya – Çexiya

20:00. Hollandiya Belçika

Göygöl. Olimpiya İdman Kompleksi

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi