Bu gün Çempionlar Liqasının ilk 1/4 finalçıları müəyyənləşəcək

Bu gün Çempionlar Liqasının ilk 1/4 finalçıları müəyyənləşəcək "Real" "Roma"nı, "Volfsburq" "Gent"i qəbul edəcək
Komanda
8 Mart , 2016 08:14
Bu gün Çempionlar Liqasının ilk 1/4 finalçıları müəyyənləşəcək

Bakı. 8 mart. REPORT.AZ/ Bu gün futbol üzrə Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunlarına start veriləcək. 

"Report"un məlumatına görə, İspaniya və Almaniyada keçiriləcək qarşılaşmalardan sonra 1/4 final mərhələsinin ilk iki komandası müəyyənləşəcək.

İspaniyanın "Real Madrid" klubu doğma azarkeşlər önündə İtaliyanın "Roma" kollektivi ilə münasibətlərinə aydınlıq gətirəcək. Madrid klubu ilk görüşdə 2:0 hesablı qələbə qazandığından evdə işi nisbətən asan olacaq. Zinəddin Zidan cavab görüşündə Kərim Benzemanın xidmətindən yararlana bilməyəcək. "Roma" isə meydana Daniele De Rossisiz çıxacaq. İtaliya təmsilçisi növbəti mərhələyə vəsiqə qazanmaq üçün qapısından qol buraxmamaq şərtilə rəqib qapısından 3 top keçirməlidir.

Digər qarşılaşma isə Almaniyanın "Volfsburq" komandası ilə Belçikanın "Gent" klubu arasında baş tutacaq. İlk görüş almanların 3:2 hesablı səfər qələbəsi ilə yekunlaşdığından oyunun maraqlı keçəcəyini proqnozlaşdırmaq olar. Almaniyada keçiriləcək qarşılaşmada "Gent" qol buraxmadan ən azı 2 qolla qələbə qazanacağı təqdirdə növbəti mərhələyə yüksələcək. "Volfsburq" isə istənilən hesablı qələbə və ya heç-heçə sayəsində adını ən güclü 8 komanda siyahısına yazdırmış olacaq. 

Çempionlar Liqası, 1/8 final, cavab görüşləri

8 mart

23:45. "Real Madrid" (İspaniya) - "Roma" (İtaliya)

Baş hakim: Şimon Marçinyak (Polşa)

Madrid. "Santyaqo Bernabeu"

İlk oyun: 2:0

23:45. "Volfsburq" (Almaniya) - "Gent" (Belçika)

Baş hakim: Damir Skomina (Sloveniya)

Volfsburq. "Folksvagen Arena"

İlk oyun: 3:2

Qeyd edək ki, digər cavab görüşləri 9, 15 və 16 martda keçiriləcək.

Son xəbərlər

Orphus sistemi