Bu gün "Azəryol" voleybol klubu CEV Kubokunda ilk yarımfinal matçına çıxacaq

Bu gün "Azəryol" voleybol klubu CEV Kubokunda ilk yarımfinal matçına çıxacaq Azərbaycan təmsilçisi Rusiyanın Krasnodar şəhərində "Dinamo"nun qonağı olacaq
Komanda
8 Mart , 2016 14:10
Bu gün Azəryol voleybol klubu CEV Kubokunda ilk yarımfinal matçına çıxacaq

Bakı. 8 mart. REPORT.AZ/ Bu gün voleybolçu qadınlardan ibarət "Azəryol" klubu CEV Kubokunda ilk yarımfinal matçına çıxacaq. 

"Report"un məlumatına görə, Azərbaycan təmsilçisi Rusiyanın Krasnodar şəhərində "Dinamo"nun qonağı olacaq.

Martın 6-dan Krasnodarda olan "Azəryol" görüşə iddialı yollanıb. Baş məşqçi Ziya Rəcəbov səfərdən ən azı 2:3 hesablı məğlubiyyətlə dönərək, Bakıda 3:0 və ya 3:1 hesablı qələbə sayəsində finala adlamaq istədiklərini açıqlayıb. Cavab görüşü martın 12-də Bakıdakı Voleybol Mərkəzində olacaq.

CEV Kuboku, 1/4 final (18:00, 8 mart)

"Dinamo" (Krasnodar, Rusiya) - "Azəryol" (Azərbaycan)

Hakimlər: Silvian Lunqu (Rumıniya), Lyubomir Qlobaçnik (Sloveniya)

Krasnodar, "Olimp" İdman Sarayı

Son xəbərlər

Orphus sistemi