​Bu gün Azərbaycan klubu CEV Kubokunda cavab görüşünü keçirəcək

​Bu gün Azərbaycan klubu CEV Kubokunda cavab görüşünü keçirəcək Azərbaycan təmsilçisi ilk görüşdə 0:3 hesabı ilə məğlub olub
Komanda
10 Noyabr , 2015 12:45
​Bu gün Azərbaycan klubu CEV Kubokunda cavab görüşünü keçirəcək

Bakı. 10 noyabr. REPORT.AZ/ Azərbaycanın qadın voleybolçulardan ibarət "Azəryol" klubu bu gün CEV Kubokunun 1/16 finalında Rumıniyanın "Tarqovitse" komandası ilə cavab görüşünə çıxacaq. "Report"un məlumatına görə, qarşılaşma Voleybol Mərkəzində keçiriləcək.

İlk görüşdə Azərbaycan təmsilçisi 0:3 hesabı ilə məğlub olub. Növbəti mərhələyə yüksəlmək üçün "Azəryol" rəqibini 3:1 və ya 3:0 hesabı ilə məğlub etməlidir. Belə olan halda komandalar "tay-brek"də münasibətlərinə aydınlıq gətirəcəklər. "Tarqovitse"nin qələbəsi və "Azəryol"un 3:2 hesablı qalibiyyəti isə Azərbaycan təmsilçisinin avrokubokda mübarizəni dayandırması ilə nəticələnəcək.

Saat 18:00-da start götürəcək görüşü bolqarıstanlı Lyubomir Sırakov və rusiyalı Kirill Nesterenko idarə edəcək.

Son xəbərlər

Orphus sistemi