Yuxarı

"Azərreyl" klubu Çempionlar Liqasında V tur matçına çıxacaq

"Azərreyl" klubu Çempionlar Liqasında V tur matçına çıxacaq
Rəqib Türkiyənin Fənərbağça klubudur

Bakı. 23 fevral. REPORT.AZ/ Azərbaycanın voleybolçu qadınlardan ibarət "Azərreyl" klubu bu gün Çempionlar Liqasında V tur matçına çıxacaq. "Report"un məlumatına görə, rəqib Türkiyə "Fənərbağça"sı olacaq.

Bakıdakı Voleybol Mərkəzində keçiriləcək görüşü rusiyalı ALeksandr Pavlov və yunanıstanlı Epaminondos Gerotodorosdan ibarət hakimlər briqadası idarə edəcək.

4 turdan sonra "Fənərbağça" 12 xalla C qrupuna başçılıq edir və növbəti mərhələyə vəsiqəni təmin edib. 9 xalla 2-ci pillədə olan "Azərreyl" də bu hüquqa vaxtından əvvəl yiyələnmək üçün Türkiyə təmsilçisindən 2 set almağı bacarmalıdır.

Qeyd edək ki, oyun saat 18:00-da başlanacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi