"Zika" virusuna baxmayaraq Olimpiada ​Braziliyada keçiriləcək

"Zika" virusuna baxmayaraq Olimpiada ​Braziliyada keçiriləcək "İdmançılarda virusa yoluxma riski sıfıra bərabərdir"
Komanda
2 Fevral , 2016 06:32
Zika virusuna baxmayaraq Olimpiada ​Braziliyada keçiriləcək

Bakı. 2 fevral. REPORT.AZ/ "Braziliya hğkuməti "Zika" virusu səbəbindən Yay Olimpiya Oyunlarını ləğv etmək niyyətində deyil. İdmançılarda virusa yoluxma riski sıfıra bərabərdir, infeksiya yalnız hamilə qadınlar üçün təhlükəlidir".

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bunu Braziliyanın Prezident Administrasiyasının rəhbəri Jak Vaqner deyib.

Rio-de-Janeyro olimpiadası 5-21 avqust tarixlərində keçiriləcək.

Ümumdünya Səhiyyə Təşkilatı "Zika" virusunu dünya üzrə təhlükəli xəstəlik elan edib.

Son xəbərlər

Orphus sistemi