Bobsley üzrə Dünya Çempionatı-2017 Almaniyanın Köniqszee şəhərində keçiriləcək

Bobsley üzrə Dünya Çempionatı-2017 Almaniyanın Köniqszee şəhərində keçiriləcək IBSF yarışa ev sahibliyi etmək hüququnu Soçidən alıb
Komanda
19 Dekabr , 2016 15:33
Bobsley üzrə Dünya Çempionatı-2017 Almaniyanın Köniqszee şəhərində keçiriləcək

Bakı. 19 dekabr. REPORT.AZ/ Gələn il Soçidə keçirilməsi planlaşdırılan bobsley və skeleton üzrə dünya çempionatı Almaniyanın Köniqszee şəhərində baş tutacaq.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Bobsley və Skeleton Federasiyasının (IBSF) rəsmi saytında məlumat verilib.

IBSF dekabrın 13-də Dünya Çempionatı-2017-yə ev sahibliyi hüququnun Soçidən alındığını, yarışın başqa yerdə keçiriləcəyini açıqlayıb.

Xatırladaq ki, Köniqszeedəki dünya çempionatı 2017-ci il fevralın 13-dən 26-dək keçiriləcək.

Son xəbərlər

Orphus sistemi