Biro Jade: "Çox qol buraxdıq, ancaq bunu müzakirə etməyə də vaxtımız yoxdur"

Biro Jade: "Çox qol buraxdıq, ancaq bunu müzakirə etməyə də vaxtımız yoxdur" Azərbaycan millisinin baş məşqçisi: "Ən yaxşı oyunumuzu sərgiləmədik"
Komanda
8 Aprel , 2017 21:03
Biro Jade: Çox qol buraxdıq, ancaq bunu müzakirə etməyə də vaxtımız yoxdur
Courtesy İmage

Bakı. 8 aprel. REPORT.AZ/ "2013-cü ildə də bu rəqiblə oynamışdıq. Bu gün zəif komanda yox, zəif oyun var. Biz zəif oynasaydıq, uduzardıq. Güclü olduğumuz üçün qalib gəldik".

"Report"un məlumatına görə, bunu futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Biro Jade Avropa çempionatının Bakıda keçirilən əsas seçmə mərhələsində Bosniya və Herseqovina yığmasına 5:4 hesabı ilə qalib gəldikləri görüşdən sonra deyib. 

Braziliyalı mütəxəssis bildirib ki, bu, millinin maksimumu deyil: "Biz ən yaxşı oyunumuzu sərgiləmədik. Bu gün ən əsası, qələbə idi. Çox qol buraxdıq, ancaq bunu müzakirə etməyə vaxtımız yoxdur. Artıq sabah da oyunumuz var. Albaniyaya qarşı daha sabit oyun ortaya qoymalıyıq. Əsasən də müdafiədə yaxşı oynamalıyıq. Biz bu cür qollar buraxmamalıyıq. Səhvlərimizi sabah da təkrarlamamağa çalışacağıq. Albaniya ilə Bosniya və Herseqovina xaraktercə oxşardırlar".

Qeyd edək ki, B qrupunda ilk turun digər görüşündə Albaniya Macarıstana yenilib - 3:4.

Son xəbərlər

Orphus sistemi