"Beşiktaş" komandasının avtobusu daşa basılıb

"Beşiktaş" komandasının avtobusu daşa basılıb Hadisə Mersində yerli komanda ilə oyundan sonra baş verib
Komanda
10 Aprel , 2015 09:32
Beşiktaş komandasının avtobusu daşa basılıb

Bakı. 10 aprel. REPORT.AZ/ Türkiyənin "Beşiktaş" həndbol komandasının avtobusu daşa basılıb. "Report"un məlumatına görə, naməlum şəxslər tərəfindən törədilmiş insident Mersində yerli komanda ilə görüşdən sonra baş verib. 

"Matçın ardından avtobusumuzun pəncərələrinin qırıldığını aşkarladıq" deyə İstanbul təmsilçisinin baş məşqçisi Mufit Arın bildirib. 

Qeyd edək ki, ötən həftə Türkiyənin "Fənərbağça" futbol komandasının avtobusu "Rizəspor"la Super Liqa qarşılaşmasından qayıdarkən, Trabzonda hücuma məruz qalıb. Nəticədə sürücü ciddi xəsarət alıb. 

Son xəbərlər

Orphus sistemi