​Bəhreyn Bakıda Formula-1 mərhələsinin təşkilində Azərbaycana köməklik göstərəcək

​Bəhreyn Bakıda Formula-1 mərhələsinin təşkilində Azərbaycana köməklik göstərəcək Bəhreyn marşalları könüllülər qismində Bakıya gələcək
Komanda
23 Sentyabr , 2015 11:54
​Bəhreyn Bakıda Formula-1 mərhələsinin təşkilində Azərbaycana köməklik göstərəcək

Bakı. 23 sentyabr. REPORT.AZ/ Bəhreyn 2016-cı ildə Bakıda Formula-1 mərhələsinin təşkilində Azərbaycana köməklik göstərəcək.

"Report" BNA-ya istinadən xəbər verir ki, yarışların təşkilində köməklık göstərən marşallar komandası  könüllülər qismində Bakıya gələcək.

Bu barədə danışan Bəhreyn Olimpiya Komitəsinin baş katibi Abdulrahman Əl-Askar deyib ki, bu 2004-cü ildə Formula-1 yarışına ev sahibliyi etmək hüququ qazandıqdan sonra  Bəhreynin ilk qələbəsidir.

Qeyd edək ki,"Formula-1" yarışlarının Avropa Qran-prisi 2016-cı ilin iyulunda Bakıda keçiriləcək.

Son xəbərlər

Orphus sistemi