Bədii gimnastika üzrə Sinqapur yığması Bakıda təlim-məşq toplanışındadır

Bədii gimnastika üzrə Sinqapur yığması Bakıda təlim-məşq toplanışındadır Yığma komanda 13 gimnastla toplanış keçir
Komanda
28 Noyabr , 2016 11:42
Bədii gimnastika üzrə Sinqapur yığması Bakıda təlim-məşq toplanışındadır

Bakı. 28 noyabr. REPORT.AZ/ Bədii gimnastika üzrə Sinqapur yığması Bakıda təlim-məşq toplanışındadır. "Report"un Azərbaycan Gimnastika Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, qonaq komanda toplanışa 13 gimnastla qatılıb.

Komandanın rəhbəri Patrik Ho və meneceri Serena Vonq Soo Han Azərbaycan və Milli Gimnastika Arenasında yaradılmış şəraitdən razılıqlarını ifadə ediblər. Onlar Azərbaycana ilk səfərlərindən təəssüf hiss keçirmədiklərini deyiblər. Rəsmilər gələcəkdə yenidən Bakıda toplanışa gəlmək istədiklərini söyləyiblər.

Komandanın baş məşqçisi Nataliya Rıbak da yaradılan şəraitdən məmnunluq ifadə edib: "Artıq 35 ildir ki, peşəkar məşqçiyəm və əvvəllər gimnast olmuşam. Buna görə də bədii gimnastikanı çox izləyirəm. Azərbaycan gimnastlarının işlərini hər zaman bəyənmişəm. İlk dəfədir bu ölkədəyəm. Bura mənim çox xoşuma gəldi. Hələ ki yalnız zalda olmuşuq. Buradakı şəraiti, ab-havanı çox bəyəndim. Azərbaycanda bədii gimnastikaya diqqət böyükdür. Məhz buna görə də, biz təlim-məşq toplanışı üçün buranı seçmişik. Ümid edirəm ki, həm gimnastlarım, həm də özüm yeni şeylər öyrənəcəyik. Arena haqqında çox gözəl şeylər düşünürəm. Burada hər şey rahatdır, infrastruktur, zal, mehmanxana, xüsusilə burada çalışan insanları bəyəndim. Əlbəttə, gördüklərim məni təəccübləndirmədi, lakin bu qədər yaxşı olacağını gözləmirdim".

Qeyd edək ki, Sinqapur yığmasının Bakıdakı toplanışı 2017-ci ilin 19 - 31 avqustunda Malayziyanın paytaxtı Kuala-Lumpurda keçiriləcək Cənub-Şərqi Asiya Oyunlarına hazırlıq xarakteri daşıyır. 

Son xəbərlər

Orphus sistemi