Basketbol üzrə Azərbaycan millisi Ermənistan yığması ilə qarşılaşacaq

Basketbol üzrə Azərbaycan millisi Ermənistan yığması ilə qarşılaşacaq İyulun 29-da keçiriləcək görüş Bakı vaxtı ilə saat 18:45-də başlayacaq
Komanda
28 İyul , 2017 15:18
Basketbol üzrə Azərbaycan millisi Ermənistan yığması ilə qarşılaşacaq

Bakı. 28 iyul. REPORT.AZ/ On altı (16) yaşadək kişi basketbolçulardan ibarət Azərbaycan milli komandası Andorrada keçirilən Avropa çempionatının C divizionunda yarımfinala vəsiqə qazanıb.

“Report”un məlumatına görə, Elşən Yusubovun baş məşqçisi olduğu kollektiv yer aldığı B qrupunun ikincisi kimi növbəti mərhələyə adlayıb.

Son görüşdə meydan sahiblərinə uduzan (66:67) yığma, əvvəlki matçlarda Monako (74:63), Albaniya (78:66) və San-Marinoya (90:62) qalib gəlməklə buna nail olub.

Azərbaycan millisi yarımfinalda A qrupunun qalibi Ermənistan yığması ilə qarşılaşacaq. İyulun 29-da keçiriləcək görüş Bakı vaxtı ilə saat 18:45-də başlayacaq.

Son xəbərlər

Orphus sistemi