Basketbol üzrə Azərbaycan çempionatı start götürür

Basketbol üzrə Azərbaycan çempionatı start götürür Çempionatda 8 komanda mübarizə aparacaq
Komanda
1 Noyabr , 2014 11:26
Basketbol üzrə Azərbaycan çempionatı start götürür

Bakı. 1 noyabr. REPORT.AZ/ Bu gün basketbol üzrə XXII Azərbaycan çempionatına start verilir. "Report"un məlumatına görə, ölkə birinciliyində qızıl medal uğrunda 8 komanda mübarizə aparacaq. 

Bunlar "Bakı", NTD, "Baku Oilers", "Araz-Naxçıvan", "Dərviş", BDU, AZTOP və "Qala BK" komandalarıdır. "The Club Port Baku"nun idman zalında keçiriləcək çempionat oyunları dairəvi sistemlə baş tutacaq.

Açılış oyunu saat 12:00-da "Bakı" və "Dərviş" komandaları arasında keçiriləcək. Ardınca 13:30-da BDU NTD ilə, 15:00-da "Baku Oilers" AZTOP-la, 16:30-da "Qala BK" "Araz Naxçıvan"la münasibətlərinə aydınlıq gətirəcək.

Qeyd edək ki, 7 turdan ibarət olacaq Azərbaycan çempionatının ilk dövrəsinə dekabrın 13-də yekun vurulacaq.

Son xəbərlər

Orphus sistemi