​Baş nazirin I müavini Dünya Kubokuna hazırlıq işləri ilə maraqlanıb

​Baş nazirin I müavini Dünya Kubokuna hazırlıq işləri ilə maraqlanıb Y.Eyyubov "Fairmont" otelində görüşlərin keçiriləcəyi zala və digər otaqlara baxış keçirib
Komanda
9 Sentyabr , 2015 21:32
​Baş nazirin I müavini Dünya Kubokuna hazırlıq işləri ilə maraqlanıb

Bakı. 9 sentyabr. REPORT.AZ/ Baş nazirin I müavini, Bakıda start götürəcək şahmat üzrə Dünya Kubokunun Təşkilat Komitəsinin sədri Yaqub Eyyubov sentyabrın 10-da başlayacaq yarışa hazırlıq işləri ilə maraqlanıb.

"Report"un məlumatına görə, Y.Eyyubov "Fairmont" otelində görüşlərin keçiriləcəyi zala və digər otaqlara baxış keçirib.

Onu hazırlıq işləri ilə Əməliyyat Komitəsinin direktoru, Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov tanış edib. Hökumət rəsmisi görülmüş işlərdən və Dünya Kubokunun məhz "Fairmont"da təşkilindən razılıq ifadə edib. 

Son xəbərlər

Orphus sistemi