Bakıda keçiriləcək "Formula-1" üçün kömək edəcək marşallarla bağlı tədbir keçirilib

Bakıda keçiriləcək "Formula-1" üçün kömək edəcək marşallarla bağlı tədbir keçirilib Marşal olmaq üçün müraciətlər fevralın ortalarına qədər qəbul olunacaq
Komanda
23 Yanvar , 2016 16:37
Bakıda keçiriləcək Formula-1 üçün kömək edəcək marşallarla bağlı tədbir keçirilib

Bakı. 23 yanvar. REPORT.AZ/ Bu il Bakıda keçiriləcək "Formula-1" üzrə Avropa Qran-Prisi ilə bağlı yarışlara kömək edəcək marşallarla bağlı tədbir keçirilib.

"Report"un məlumatına görə, əvvəlcə "Bakı Şəhər Halqası" Əməliyyat Şirkətinin nümayəndələri Bakıda keçiriləcək yarış barədə məlumat veriblər.

Daha sonra iştirakçılara marşallar, onların vəzifələri, marşal olmaq üçün şərtləri barədə geniş məlumat verilib və videoçarxlar nümayiş etdirilib. Bildirilib ki, Avropa Qran-Prisi üçün təxminən 150 yerli marşal tələb olunacaq və onlara lazım olan təlimatlar veriləcək.

Eyni zamanda, qonaqları maraqlandıran suallara cavab verilib.

Qeyd edək ki, "Bakı Şəhər Halqası"nda keçiriləcək Avropa Qran-Prisi iyunun 17-19-u keçiriləcək. Marşal olmaq üçün müraciətlər fevralın ortalarına qədər qəbul olunacaq.

Son xəbərlər

Orphus sistemi