​Bakıda ilk dəfə cüdo üzrə dünya çempionatı keçiriləcək

​Bakıda ilk dəfə cüdo üzrə dünya çempionatı keçiriləcək Bu barədə qərar İJF-nin Rio-de-Janeyroda keçirilən iclasında qəbul olunub
Komanda
6 Avqust , 2016 05:14
​Bakıda ilk dəfə cüdo üzrə dünya çempionatı keçiriləcək

Bakı. 6 avqust. REPORT.AZ/ Cüdo üzrə böyüklər arasında 2018-ci il dünya çempionatı ilk dəfə Bakıda keçiriləcək.

"Report"un məlumatına görə, bu haqda qərar Beynəlxalq Cüdo Federasiyası (İJF) İcraiyyə Komitəsinin Braziliyanın Rio-de-Janeyro şəhərindəki iclasında qəbul olunub.

İJF prezidenti Marius Vizer bildirib ki, Azərbaycan paytaxtı beynəlxalq tədbirlərin təşkili sarıdan gözəl ənənəyə malikdir:

"2015-ci ildə ilk Avropa Oyunları Bakıda uğurla həyata keçirilib. Eyni zamanda cüdo üzrə "Böyük dəbilqə" turniri bir neçə ildir böyük uğurla təşkil olunur. Biz Azərbaycanın 2018-ci ildə böyük dünya çempionatı keçirmə qabiliyyətinə əmin olmalıyıq".

Qeyd edək ki, iclasda 2019-cu il dünya çempionatının təşkilatçısı da müəyyənləşib. Bu, cüdonun vətəni, 2020-ci il Yay Olimpiya Oyunlarını da keçirəcək Yaponiyanın paytaxtı Tokiodur.

Son xəbərlər

Orphus sistemi