Bakıda Beynəlxalq Cüdo Federasiyasının hakimlər və məşqçilər üçün seminarı keçirilib - VİDEO

Bakıda Beynəlxalq Cüdo Federasiyasının hakimlər və məşqçilər üçün seminarı keçirilib - VİDEO Beynəlxalq seminarın iştirakçıları Azərbaycan Cüdo Federasiyasının işini yüksək qiymətləndiriblər
Komanda
8 Yanvar , 2017 16:59
Bakıda Beynəlxalq Cüdo Federasiyasının hakimlər və məşqçilər üçün seminarı keçirilib - VİDEO

Bakı. 8 yanvar. REPORT.AZ/ Bakıda, Heydər Əliyev adına İdman Sarayında Beynəlxalq Cüdo Federasiyasının hakimlər və məşqçilər üçün seminarı keçirilib.

Cüdo Federasiyasından "Report"a verilən məlumata görə, beynəlxalq seminarda dünyanın 99 ölkəsindən 370 nümayəndə iştirak edib.

Seminarda Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer və Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev çıxış ediblər. İki gün ərzində paytaxtımızda təşkil olunan tədbirdə cüdo idman növünün yarış və hakimlik qaydalarında dəyişikliklərlə bağlı qərarlar qəbul olunub. Seminar iki hissə - nəzəri və praktiki hissədən ibarət olub.

Son xəbərlər

Orphus sistemi