Yuxarı

"Bakı Şəhər Halqası" yarışların keçirilməsi üçün ikinci ən maraqlı tras seçilib

"Bakı Şəhər Halqası" yarışların keçirilməsi üçün ikinci ən maraqlı tras seçilib
Rusiyanın Sochi Autodrome trası isə 1 səs belə qazanmayıb

Bakı. 12 iyun. REPORT.AZ/ "Bakı Şəhər Halqası" yarışların keçirilməsi üçün ikinci ən maraqlı tras seçilib.

"Report" xəbər verir ki, bu barədə "Formula-1"in xüsusi tətbiqində fanatlar arasında keçirilən sorğunun nəticələrində bildirilir.

Məlumata əsasən, hələlik 1600 nəfərin qatıldığı sorğuda fanatlar Belçikanın "Spa Frankoşam" trasını yarışları üçün ən maraqlı məkan kimi qeyd ediblər. Bu trasa fanatların 40%-i səs verib.

Azərbaycan Qran-prisinin keçirildiyi Bakı Şəhər Halqası sorğuda 12 % səslə ikinci yeri tutub. Böyük Britaniyanın "Silverstoun" trası isə 8% göstərici ilə üçüncü olub.

Əvəzində Rusiyanın "Sochi Autodrome" trası 1 səs belə qazanmayıb və sonuncu yerdə qərarlaşıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi