​"Azəryol" klubu CEV Kubokunda 1/4 finala vəsiqə qazanıb

​"Azəryol" klubu CEV Kubokunda 1/4 finala vəsiqə qazanıb Azərbaycan komandasının növbəti mərhələdə rəqibi "Kukier Muşina" (Polşa) və "Nova KBM Branik" (Sloveniya) cütünün qalibi olacaq
Komanda
16 Dekabr , 2015 20:30
​Azəryol klubu CEV Kubokunda 1/4 finala vəsiqə qazanıb

Bakı. 16 dekabr. REPORT.AZ/ Bu gün qadın voleybolçulardan ibarət "Azəryol" klubu CEV Kubokunda növbəti görüşünü keçirib. "Report"un məlumatına görə, 1/8 final mərhələsinin cavab oyununda rəqib Finlandiyanın "Salo" komandası olub.

Qarşılaşmanın qalibi tay-brekdə müəyyənləşib və “Azəryol” komandası 15:11 hesabı ilə üstün olan tərəf olub. Beləliklə, görüş “Azəryol” klubunun 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da Azərbaycan komandası 1/4 final mərhələsinə vəsiqə qazanıb. Baş məşqçi Ziya Rəcəbovun komandasının növbəti mərhələdə rəqibi "Kukier Muşina" (Polşa) və "Nova KBM Branik" (Sloveniya) cütünün qalibi olacaq. "Azəryol" 1/4 finalda ilk görüşünü səfərdə keçirəcək.

10 dekabr

CEV kuboku

1/8 final, cavab oyunu

“Azəryol” (Azərbaycan) - “Salo” (Finlandiya) - 3:2 (21:25; 25:10; 23:25; 25:21; 15:11)

Hakimlər: Cihat Fırıncıoğlu (Türkiyə), Aleksey Skibiski (Ukrayna)

Bakı İdman Sarayı

İlk oyun: “Salo” (Finlandiya) – “Azəryol” (Azərbaycan) - 0:3 (16:25, 19:25, 23:25)

Son xəbərlər

Orphus sistemi