"Azərreyl" Çempionlar Liqasında ilk oyununu qələbə ilə başa vurub

"Azərreyl" Çempionlar Liqasında ilk oyununu qələbə ilə başa vurub Rəqib Polşanın "Dabrova Qornitsa" komandası olub
Komanda
15 Dekabr , 2016 20:14
Azərreyl Çempionlar Liqasında ilk oyununu qələbə ilə başa vurub

Bakı. 15 dekabr. REPORT.AZ/ Azərbaycanı Çempionlar Liqasında təmsil edən qadın voleybolçulardan ibarət "Azərreyl" komandası bu gün ilk oyununu keçirib. 

"Report"un məlumatına görə, ölkə çempionunun yer aldığı C qrupundakı ilk rəqibi Polşanın "Dabrova Qornitsa" komandası olub.

Bakı Voleybol Mərkəzində keçirilən qarşılaşmanın ilk seti Azərbaycan təmsilçisinin xeyrinə başa çatıb - 25:21. Lakin Polşa komandası ikinci setdə üstünlüyü ələ alıb və 25:15 hesablı qələbə qazanıb. Üçüncü setdə isə yenidən "Azərreyl" rəqibə öz gücünü göstərib. Bu dəfə meydan sahibləri 25-22 hesabı ilə üstün olub.

Görüşün 4-cü setində Azərbaycan təmsilçiləri 28-26 hesabla, ümumilikdə isə 3:1 hesabı ilə qalib gəlib.

"Azərreyl" növbəti qarşılaşmasını yanvarın 11-də Türkiyədə "Fənərbağça"ya qarşı keçirəcək. Komandamızın sonrakı ev oyunlarını fevralın 9-da Fransanın "Sen-Rafael", həmin ayın 23-də isə Türkiyənin "Fənərbağça" klubuna qarşı keçirəcək. Bakıdakı qarşılaşmalar 18:00-da başlayacaq.

Yanvarının 25-də Fransada "Sen-Rafael"lə qarşılaşacaq komanda fevralın 28-də isə Polşada meydana çıxacaq.

Qeyd edək ki, Azərbaycanın Çempionlar Liqasındakı digər təmsilçisi "Telekom" ilk görüşünü İtaliyada "İmoko Volley"ə qarşı keçirib. Həmin qarşılaşma meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Çempionlar Liqası, qrup mərhələsi, I tur
C qrupu
18:00. "Azərreyl" (Azərbaycan) - "Dabrova Qornitsa" (Polşa) - 3:1 (25:21, 15:25, 25:22, 28:26).

Son xəbərlər

Orphus sistemi