"Azərreyl" 1/8 finalda

"Azərreyl" 1/8 finalda 1/8 finalda rəqib "Steynkyer" (Norveç) komandası olacaq
Komanda
18 Dekabr , 2014 03:00
Azərreyl 1/8 finalda

Bakı. 18 dekabr. REPORT.AZ/ Voleybolçu qadınlardan ibarət "Azərreyl" klubu Çelenc Kubokunda 1/8 finala yüksəlib.

"Report" xəbər verir ki, 1/8 final mərhələsinin cavab görüşündə Vüqar Əliyevin yetirmələri İsveçrədə "Könits"in qonağı olub.

Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:1 (17:25, 25:19, 25:18, 25:15). Lakin bir həftə öncə bu komandalar arasında Bakıda keçirilmiş ilk görüşdə "Azərreyl" 3:0 hesabı ilə qalib gəldiyindən, mərhələni təmsilçimiz adlayıb.

1/8 finalda rəqib "Steynkyer" (Norveç) komandası olacaq. İlk görüş 13 - 15 yanvar 2015-ci ildə səfərdə, cavab qarşılaşması isə 20 - 22 yanvarda Bakıda keçiriləcək.

Son xəbərlər

Orphus sistemi